Füzulidə 8 kq marixuana və 3 min metadon həbi aşkarlandı VİDEO

12.02.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.

"Unikal" xəbər verir ki, həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı  cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью