Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza ötən gün rayonun Mirzəcamallı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu müxtəlif dərəcəli ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)