Füzulidə ağır qəza: İki yaşlı uşaq HƏLAK OLDU

19.02.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzulidə traktor minik avtomobili ilə toqquşub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.


Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью