Füzulidə ANAMA əməkdaşları yol qəzasına düşdü

09.12.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

"İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью