Füzulidə ANAMA əməkdaşları yol qəzasına düşüb

09.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb. Bu barədə SİA-ya Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

"İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью