Füzulidə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

31.08.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbər verir ki, hadisə rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yoldan çıxaraq ağaclara çırpılıb. Nəticədə sürücü S.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью