Füzulidə doğuş zamanı uşaq ölüb KONKRET

20.10.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzulidə doğuş zamanı uşaq ölüb.

KONKRET.az xəbər verir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun İkinci Qayıdış qəsəbə sakini, 1997-ci il təvəllüdlü Mehtizadə Nərmin Qəhrəman qızının ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağın ana bətnində ölü olduğundan dölün ana bətnindən xaric olunması qərarı verilib.

Hazırda ananın səhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью