Icma.az, Avtosfer saytına istinadən bildirir.
Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 12-də saat 19:46 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-RA-340 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil “Mitsubishi” markalı maşınla toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. “VAZ”ın sürücüsü və sərnişini yüngül bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227852.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler