Füzulidə kanalda batan məktəblinin axtarışına dalğıc qrupu cəlb edilib

27.06.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Füzuli rayonunda kanalda batan məktəbli Nihad Nağızadənin axtarışı davam edir.

Bakupost.az xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində kanalda batan məktəblinin axtarışına FHN-in Aran Dalğıc Axtarış Qrupu cəlb edilib.

Hazırda N.Nağızadənin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, əslən Füzuli rayonun Aşağı Seyidəhmədli kəndindən olan 16 yaşlı Nihad Nağızadə kanalın Kərimbəyli kəndi ərazisindən keçən hissəsində batıb.

O, Qaydış 4 qəsəbəsində yaşayırmış.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью