Füzulidə körpə ölü doğulub

20.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Füzulidə doğuş zamanı uşaq ölü doğulub.

Oxu.Az xəbər verir ki, rayonun İkinci Qayıdış qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nərmin Qəhrəman qızı Mehtizadənin ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7.5 ay olması və doğulacaq qız uşağının ana bətnində ölü olması səbəbilə dölün ana bətnindən xaric olunması qərarı verilib.

Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью