Füzulidə qəza, sürücü öldü Foto

31.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə,avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı S.Quliyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью