Füzulidə qəzada ölənlərin FOTOLARI

14.11.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, qəza zamanı "Opel” markalı avtomobili idarə edən Seymur İsmayılov və sərnişinləri hadisədən əvvəl toy mərasimində iştirak ediblər.

Məlumata əsasən, onlar toy mərasimindən sonra evə qayıdarkən Füzulinin Böyük Bəhmənli kəndində qəzaya düşüblər. Toqquşmanın təsirindən "Opel” markalı avtomobil yol kənarındakı Bəhmənli kənd qəbiristanlığına daxil olub.

Nəticədə avtomobilin sürücüsü Seymur İsmayılov və iki sərnişini hadisə yerində həyatını itirib. Digər iki sərnişin isə xəsarət alıb.

Həmin şəxslərin fotolarını təqdim edirik.

Fəridə Əsədzadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью