Füzulidə şagird kanalda batdı, axtarışlar başladı FOTO

27.06.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.

Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью