Füzulidə şəhid plakatı ilə bağlı qalmaqal araşdırılır

26.05.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Füzuli rayonu Horadiz şəhərində şəhid plakatına hörmətsizlik olunması barədə görüntü araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılır:

"Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır.  Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək".

Xatırladaq ki, yayılan görüntülərdə bir qadın kişini döyür, yerdə iməklətdirir...

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью