Füzulidə yanacaqdoldurma məntəqəsində avtomobillər toqquşdu FOTO

27.06.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Füzulidə yanacaqdoldurma məntəqəsinə girən avtomobillər toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Toyota” markalı və “VAZ” markalı avtomobil kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olarkən toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью