Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib

13.07.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Füzuli rayonunda baş verən yanğınlar zamanı mina partlayışları baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr tərəfindən yanğının genişlənməsinin qarşısının alınması və tam söndürülməsi üçün əməliyyatlar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью