Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Füzulidə daha iki kəndin sakinləri ilin sonunadək doğma yurdlarına qayıda biləcəklər.
Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quluyeva bildirib ki, hazırda Dövlətyarlı və Pirəhmədli kəndlərində bərpa işləri davam etdirilir.
Onun sözlərinə görə, hər iki kəndə əhalinin qayıdışının bu ilin sonuna kimi təmin olunması nəzərdə tutulub.
Təranə Quluyeva bu günün Füzuli sakinləri və bütövlükdə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Füzulinin işğaldan azad edildiyi 17 oktyabr tarixi hər il doğma şəhərdə silsilə tədbirlərlə qeyd olunur.
Bizim.Media