Füzulinin qəbrinin üstündə Azərbaycan şairi yazıldı

19.02.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizin İraqdakı səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

AzPost-un məlumatına görə, səfirlikdən AZƏRTAC-a bildirilib ki, Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn məscidindəki məzarının bərpa olunması istiqamətində bu ölkənin Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə danışıqlar aparılıb. Görülən işlər nəticəsində məzarın sinə daşı yenilənib. Həmçinin daşın üzərində Məhəmməd Füzulinin Azərbaycan şairi olması əks etdirilib.

“TikTok”da izləyin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью