G20 də böhran ABŞ bu ölkəni siyahıdan sildi | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Ronald Lamola 2026-cı ildə Mayam
Heç bir üzvün Cənubi Afrikanı G20-dən kənarlaşdırmaq hüququ yoxdur.
Ölkə.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrikanı uğursuz iqtisadi idarəçilik, siyasi qütbləşmə, korrupsiya və beynəlxalq münasibətlərdə anti-Amerika münasibətdə ittiham edərək, bu ölkəni 2026-cı ildə Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət etməyəcəyini bəyan edib.
Rubio Cənubi Afrikanın yerinə Polşanı G20-yə dəvət edəcəyini qeyd edib.
Nazir Lamola isə verdiyi yazılı açıqlamasında ABŞ dövlət katibi Rubionun Cənubi Afrikaya qarşı ittihamlarını rədd edərək qeyd edib ki, Cənubi Afrika G20-nin qurucu üzvüdür və G20-nin heç bir üzvünün Cənubi Afrikanı birtərəfli qaydada G20-dən kənarlaşdırmaq hüququ yoxdur .
Mürtəza Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu