Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub.
Sfera.az bildirir ki, məlumat Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən 19-cu toplantının ilk günündə açıqlanıb.
Bəyannamədə İsrail-Qəzza-Livan məsələlərinə, Rusiya ilə Ukrayna arasındakı müharibəyə diqqət çəkilib.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq və enerji təhlükəsizliyinə, təchizat zəncirlərinə, makromaliyyə sabitliyinə, inflyasiyaya mənfi təsir edib.
Burada münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
“Hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləyən bütün müvafiq və konstruktiv təşəbbüslər alqışlanır.
Diplomatiya və dialoq, eləcə də münaqişələrə və böhranlara son qoymaq səyləri vacibdir.
Davamlılıq və rifah yalnız sülh yolu ilə əldə edilə bilər”, - bəyanatda qeyd olunub.