G20 liderləri qlobal maliyyə arxitekturasını gücləndirməyə çağırıblar

22.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yohannesburq sammitində İyirmilik Qrupu (G20) liderləri qlobal maliyyə arxitekturasının dayanıqlığını gücləndirməyi öhdələrinə götürübülər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onların qəbul etdikləri birgə bəyannamədə deyilir.

"Biz qlobal maliyyə arxitekturasının dayanıqlığının gücləndirilməsinə sadiq qalırıq", - sənəddə qeyd olunur. 

"Biz dayanıqlı inkişaf məqsədlərinin və milli prioritetlərin həyata keçirilməsinə dəstək məqsədilə çoxtərəfli inkişaf bankları, milli inkişaf bankları və ətraf mühit fondları arasında əməkdaşlığı artırmaq üçün maraqlı tərəflər arasında davamlı və effektiv koordinasiyanı təşviq etməliyik. Biz innovativ maliyyə alətləri də daxil olmaqla, özəl sektor investisiyalarının səfərbər edilməsinin vacibliyini vurğulayırıq", - sənədə əlavə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью