G20 nin sonu çatıb Makrondan etiraf

22.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Yohannesburqda keçirilən sammitdəki açılış nitqində G20-nin mövcudluğunun təhlükə altında olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Afrika qitəsində keçirilən ilk görüş G20-nin həyatında mühüm bir mərhələni əks etdirir. Lakin biz həmçinin G20-nin öz dövrünü başa vuracağını da qəbul etməliyik”, – o bildirib.

Fransa lideri danışıqlar masasında ABŞ-ın olmamasını, humanitar hüququn qorunmasındakı çətinlikləri və Ukrayna kimi ölkələrin suverenliyini misal gətirib. O, blok ölkələri arasında kollektiv yenidən birləşməyə təcili ehtiyac duyulduğunu vurğulayıb.

“Geosiyasi böhranın həlli üçün ortaq standartlar hazırlamaqda çətinlik çəkirik”, – deyə Makron vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью