G20 ölkələri iqlim dəyişikliyi ilə mübarizə səylərinə sadiq olduqlarını təsdiq ediblər

19.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

G20 ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi yolu ilə iqlim dəyişikliyi ilə mübarizəyə, həmçinin qlobal istiləşməni 1,5 Selsi dərəcəyə qədər məhdudlaşdırmaq səylərinə sadiq olduqlarını təsdiq ediblər.

APA xəbər verir ki, bu barədə G20-nin Rio-de-Janeyroda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.

“Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi, tam və səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi gücləndirəcəyik”, - bəyanatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью