G20 sammiti başlayıb

18.11.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində "İyirmilik” (G20) ölkələrinin ikigünlük sammiti başlayıb.Bu barədə RBC məlumat yayıb.

Tədbir Müasir İncəsənət Muzeyində (MAM) keçirilir.

Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın sözlərinə görə, tədbirdə ümumilikdə 42 ölkə iştirak edəcək.

Sammitdən sonra iştirakçı ölkələrin birgə bəyanatı gözlənilir. Braziliya tərəfinin fikrincə, bu sənəddə qlobal münaqişələrin, ilk növbədə Ukrayna və Yaxın Şərqdəki böhranların sülh yolu ilə həllinə yardım mesajı daxil edilməlidir.


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью