G20 sammitində şok hadisə: Polis maşınını oğurlamaq istədi, zərərsizləşdirildi!

23.11.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Cənubi Afrikada keçirilən G20 sammiti zamanı Yohannesburqda təhlükəsizlik qüvvələrinə məxsus xidməti avtomobili oğurlamağa cəhd edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, məlumat Yohannesburq polisinin sosial media hesabında paylaşılıb.

Açıqlamada qeyd olunur: "Şəxsin Cənubi Afrika polis avtomobilini oğurlamaq cəhdi baş tutmayıb və o, insident zamanı xəsarət alıb. Hazırda həmin nəfər polis nəzarəti altında xəstəxanaya yerləşdirilib".

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью