G20 sammitinə qatılan prezidentin halı pisləşdi Yeni Çağ Media

19.11.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı Paraqvay prezidenti Santyaqo Penyanın vəziyyəti pisləşib və o, xəstəxanaya aparılıb. 

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, siyasətçi G20 sammiti zamanı ürək nahiyəsində ağrı hiss edib, o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Vitse-prezident Pedro Alliance sosial şəbəkədə bildirib ki, Penya hazırda özünü yaxşı hiss edir: “Hazırda Rio-de-Janeyroda xəstəxanada olan prezidentlə danışdım. Onun vəziyyəti yaxşıdır və analizlərin nəticələrini gözləyir”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью