G20 Sammitinədək Rusiya Ukrayna müharibəsi bitəcək?

01.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“G20 Sammitinədək Rusiya və Ukrayna arasında sülh sazişi bağlana bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp məşhur aparıcı Benni Consona müsahibəsində deyib.

Tramp iki ölkə arasında münaqişənin sona çatması üçün real şansların olduğunu vurğulayıb.

Floridadakı “Trump National Doral” kurortunda baş tutacaq G20 Sammitinədək tərəflərin anlaşa biləcəyini diqqətə çatdıran ABŞ lideri Rusiya və Ukrayna rəhbərlərinin ortaq məxrəcə gəlmək imkanlarını yüksək qiymətləndirib: “Düşünürəm ki, razılaşmanın əldə olunmasına çox yaxınıq. Münaqişəyə son qoyacaq həll yolunu tapmaq üçün kifayət qədər yüksək şansımız var. Biz hazırda bir çox razılaşmalar üzərində paralel iş aparırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью