Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, Si Cinpin G20 sammitində iştirak etməyəcək.
Çin Xalq Respiblikasının sədri Si Cinpin Yohannesburq şəhərində keçiriləcək G20 zirvəsində iştirak etməməyi qərara alıb. "Die Zeit" nəşrinin məlumatına görə, Çin dövlətini tədbirdə Baş nazir Li Tsyan təmsil edəcək.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etməkdən imtina ediblər. G20 sammiti tarixində ilk dəfədir ki, qrupdakı üç ən böyük ölkənin liderləri tədbirdə iştirak etməyəcəklər.
Tramp əvvəllər vitse-prezident Cey Di Vensi göndərməyi planlaşdırsa da, sonra Cənubi Afrikanın daxili və xarici siyasətini tənqid edərək, tam boykotla hədələyib.
G20 zirvəsinə Cənubi Afrika sədrlik edir; 2025-ci ilin noyabr ayında sədrlik Birləşmiş Ştatlara keçəcək.
Hürr Tərcüman