G7 Çinin nüvə arsenalını artırmasından narahatdır

15.03.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Böyük Yeddilik” (G7) qrupu ölkələri Çinin artan nüvə arsenalından narahat olduqlarını bildiriblər və onu strateji riskləri azaltmaq üçün daha çox şəffaflıq təmin etməyə çağırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Kanadanın Kvebek əyalətində keçirilən görüşünün yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.

"Biz Çinin hərbi gücünü artırmasından və nüvə silahı arsenalının sürətlə genişlənməsinin davam etməsindən narahatıq. Biz Çini strateji riskləri azaltmaq və şəffaflıq vasitəsilə sabitliyi təşviq etmək üçün müzakirələrdə iştiraka çağırdıq", - sənəddə deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью