G7 liderlərindən ABŞ İran razılaşmasına MÜNASİBƏT

17.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

G7 ölkələri ABŞ və İran arasında imzalanması nəzərdə tutulan razılaşmanı dəstəkləyir və onun həyata keçirilməsini asanlaşdırmağa hazırdırlar. 

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bu, Fransada görüşən G7 liderlərinin geosiyasi məsələlərlə bağlı birgə bəyanatında yer alıb.

Bəyanatda vurğulanıb ki, G7 ölkələri Yaxın Şərqdə hazırda mövcud olan irəliləyişi və fürsəti görür. 

"ABŞ prezidenti Donald Trampın qətiyyətli rəhbərliyi və vasitəçi ölkələrin dəstəyi ilə ABŞ və İran arasında əldə edilən razılaşmanı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq  və ballistik raketlərin inkişafı ilə bağlı təhdidləri aradan qaldırmaq üçün tarixi bir fürsət yaradan razılaşma kimi alqışlayırıq. Biz razılaşmanı dəstəkləyirik", - bəyanatda qeyd olunub.

Gülşən Şərif 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью