“G7” ölkələri ABŞdən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək AzPolitika onlayn siyasiictimai qəzet

26.11.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.

“Ötən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью