G7 ölkələri Hindistan və Pakistanı bir biri ilə dialoqa başlamağa çağırır

10.05.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

"Böyük Yeddilər" Qrupu (G7) ölkələri Hindistan və Pakistanı bölgədəki gərginliyi azaltmağa və birbaşa dialoqa çağırıb. Beynəlxalq klubun birgə bəyanatında deyilir ki, hərbi eskalasiya regional sabitliyə ciddi təhlükə yaradır. Ölkələr hər iki tərəfdən mülki şəxslərin təhlükəsizliyindən narahatdırlar.

Pakistanın Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat elan etməsi ilə əlaqədar G7 ölkələri təmkinli olmağa çağırıb. Ölkə ordusu bu gün, mayın 10-da hərbi obyektləri atəşə tutub, həmçinin iri PUA hücumu həyata keçirib. 

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью