G7 ölkələri husiləri silahları yerə qoymağa çağırıb

22.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

G7 ölkələri Yəməndəki Husi üsyançılarını Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağıraraq Ər-Riyadla həmrəylik nümayiş etdiriblər.

Məlumatı “Euronews” verib. 

G7 ölkələri - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ birgə bəyanat yayaraq bildiriblər: “Biz husiləri bütün hərbi əməliyyatları, eləcə də mülki gəmilərə qarşı hər hansı təhdid və hücumları dərhal dayandırmağa və siyasi prosesə xoş niyyətlə qayıtmağa çağırırıq”.

Onlar həmçinin İranı “husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmağa” çağırıblar və Tehranın BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrini pozduğunu iddia ediblər.

Husilərin irəliləməsi İranın və müttəfiqlərinin Hörmüz boğazı da daxil olmaqla, iki əsas gəmiçilik yolu üzərində nəzarətini gücləndirib. Bu boğaz vasitəsilə Körfəz ölkələri, o cümlədən əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanı xam neft daşıyır.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью