G7 ölkələri İranın bu hərəkətini pislədi | Icma.az
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Münhendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc edilmiş bəyanatda bildirilib.
“Böyük yeddilik üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər”, – bəyanatda qeyd edilib.
Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu