“G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

26.11.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.Bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.

"Ötən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən "Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью