G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

17.06.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yeddilik Qrupu” (G7) ölkələri Ukraynadakı vəziyyətə görə Rusiyaya, o cümlədən onun neft və qaz sektoruna qarşı sanksiya təzyiqini artıracaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərə dair birgə bəyanatında deyilir.

“Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmaq öhdəliyini götürürük. Bu kontekstdə neft və qaz sektoruna qarşı sanksiyaları da daxil olmaqla, sərtləşdirəcəyik”, – deyə sənəddə bildirilib.

“G7” liderlərinin fikrincə, ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma Rusiyaya qarşı sanksiyaların artırılması üçün əlverişli şərait yaradır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью