G7 onlayn sammit keçirməyi planlaşdırır

06.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn sammit keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacağı gözlənilir. Həmçinin qeyd edilir ki, G7 liderləri Rusiya və KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью