G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

15.06.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 15 iyun, AZƏRTAC

Fransanın Yuxarı Savoya departamentində G7 sammitinin təhlükəsizliyini təmin edən jandarmlar arasında ağır yol qəzası baş verib. Nəticədə bir jandarm həyatını itirib, iki nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində təhlükəsizlik tədbirləri zamanı Fessi kommunasında qeydə alınıb. İstintaqa yaxın mənbələrin məlumatına görə, qəzaya uğrayan jandarmlar motosikletlə patrul xidməti həyata keçirirdilər.

Fransanın daxili işlər naziri Laurent Nuñez sosial şəbəkədə yaydığı açıqlamada Milli Jandarmeriyanın motosikletçi əməkdaşı, adyutant Qvenael Raffunun patrul zamanı avtomobil tərəfindən vurularaq həlak olduğunu böyük kədərlə öyrəndiyini bildirib.

Qəza G7 sammitinin açılışı ərəfəsində baş verib. Tədbirin təhlükəsizliyini təmin etmək üçün bölgədə genişmiqyaslı təhlükəsizlik qüvvələri səfərbər olunub. Ümumilikdə təxminən 7 min polis, 6 min jandarm və 900 hərbçi olmaqla, 14 mindən çox təhlükəsizlik əməkdaşı xidmət aparır.

İyunun 15-dən 17-dək davam edəcək G7 sammitində ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya, Fransa və Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Evian şəhəri 2003-cü ildən sonra ikinci dəfə G7 liderlərinin görüşünə ev sahibliyi edən ilk Fransa şəhəri kimi tarixə düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью