G7 sammiti uzun müddətdən sonra ilk dəfə Ukraynaya dəstək göstərdi Merz

23.06.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Federal Kansleri Fridrix Merz bildirib ki, Fransanın Evian şəhərində keçirilən G7 sammiti zamanı Qərb ölkələri Ukraynaya dəstək və Rusiyaya təzyiq məsələsində uzun müddətdən sonra yenidən vahid mövqe nümayiş etdiriblər.
Turkustan.az xəbər verir ki, Merz bu fikirləri Berlində keçirilən Sənaye Günü tədbirində çıxışı zamanı səsləndirib.
Kanslerin sözlərinə görə, G7 sammitində Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə bağlı ortaq yanaşma formalaşdırılıb və xüsusilə Avropa ölkələri bu məsələdə koordinasiyalı şəkildə hərəkət ediblər.
“Ötən həftə Fransanın Evian şəhərində keçirilən G7 sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı yeni konsensus əldə etdik. Xüsusilə avropalı müttəfiqlərin qətiyyətli və vahid mövqeyi bu prosesdə mühüm rol oynadı”, – deyə, Merz bildirib.
O vurğulayıb ki, G7 çərçivəsində əldə olunan razılaşmaların əsas səbəblərindən biri Avropa ölkələrinin əlaqələndirilmiş fəaliyyəti olub.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью