Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Baş naziri Giorgia Meloni ilə ABŞ Prezidenti Donald Trump arasında son dövrlərdə yaranmış fikir ayrılıqlarından sonra Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Sammiti çərçivəsində görüş baş tutub.
Turkustan.az xəbər verir ki, İtaliya mətbuatının Baş nazirlikdəki mənbələrə istinadən yaydığı məlumata görə, iki lider sammit çərçivəsində təşkil olunan şam yeməyi zamanı bir araya gəlib.
Mənbələr görüşü “faydalı fikir mübadiləsi” və “münasibətlərə aydınlıq gətirilməsi” üçün vacib imkan kimi qiymətləndiriblər. Bildirilib ki, sammit müddətində Meloni və Tramp arasında əlavə təmasların da keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, Meloni görüş zamanı beynəlxalq böhranlar fonunda Qərb ölkələrinin birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Tərəflərin bu məsələdə ortaq mövqedən çıxış etdiyi qeyd olunub.
İtaliya mətbuatında yayımlanan görüntülərdə liderlər arasında səmimi dialoq da əks olunub. Kadrlarda Trampın “Məni tərk ediblər” dediyi, Meloninin isə buna cavab olaraq “Bu doğru deyil. Biz həmişə dostuq” ifadəsini işlətdiyi görünür.
Aytən Yaşar/ Turkustan.az