GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

04.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “1+4 universitetə hazırlıq” proqramı çərçivəsində riyaziyyat fənni üzrə dərslər yüksək səviyyədə davam edir.

AZƏRTAC xəbər verir ki, dərslər 72 abituriyentin iştirakı ilə 4 qrupda həftənin II, IV və VI günləri saat 15:00-dan 19:00-dək keçirilir.

GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, məqsəd soydaşlarımız olan gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları ali təhsilə gedən yolda inamla dəstəkləməkdir.

Onun sözlərinə görə, keçən tədris ilində GAİM-də təhsil alan 73 nəfər Gürcüstanın ali məktəblərinə qəbul olunub. Onlardan biri olan Qurban Göyyusubov bu ölkə üzrə ən yüksək nəticə hesab edilən 75 balı toplayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью