Galenvagen”lə digər maşını qəsdən əzdi: “Xəstəyəm” VİDEO

08.06.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda yolda sürücülər arasında insident yaşanıb.

İddialara görə, yol vermə məsələsi üstündə iki sürücü arasında əvvəlcə söz mübahisəsi yaranıb. Gərginlik daha sonra böyüyərək qalmaqala çevrilib.

Görüntülərdə "Gelandewagen" markalı avtomobilin sürücüsünün əsəblərinə hakim ola bilməyərək digər nəqliyyat vasitəsini qəsdən vurduğu və ona ziyan yetirdiyi əks olunub.

Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları sürücünün davranışını sərt tənqid edərək belə halların yollarda təhlükə yaratdığını bildiriblər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью