Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İlk dəfə beynəlxalq statusda keçirilən “Ganja Cup” turnirinin ikinci və sonuncu günü Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə uğurla başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, yarış gərgin və maraqlı mübarizə, digər tərəfdən isə dostluq və qarşılıqlı hörmət şəraitində keçib. Bədii hissə müğənni Mərdan Kazımovun çıxışı ilə yadda qaldı. Daha sonra qaliblər medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimlərində iştirak etdilər: gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Luka Qabrilo, habelə Gürcüstanın Gəncə şəhərində baş konsulu Kaxaber Abdaladze, Gəncə İdman Sarayının direktoru Hafiz Mustafayev, GİN-in sektor müdiri Fuad Balakişiyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) məsləhətçisi, Bakıda oktyabr ayında keçiriləcək Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin üzvü Vadim Axmadiyev.
İkinci günün nəticələri:
Kişilər
“Arxası üstə” üsulu ilə 50 metr – Daniyal Muhammad (qızıl medal), Rəşad Alquliyev (gümüş medal), Gela Alavidze (bürünc medal);
Sərbəst üsulla 50 metr – Pavel Yefimenka (qızıl medal), Abdurrəhman Rüstəmov (gümüş medal), Daçi Mesxişvili (bürünc medal);
“Brass” üsulu ilə 100 metr – Maksim Maşliakeviç (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Səid Həmidov (bürünc medal);
“Butterfly” üsulu ilə 100 metr – Abdurrəhman Rüstəmov (qızıl medal), Ramil Vəlizadə (gümüş medal), Matvey Danilov (bürünc medal);
“Arxası üstə” üsulu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Kaxi Manqoşvili (gümüş medal), Eldar Mirzəyev (bürünc medal);
Sərbəst üsulla 200 metr – Matvey Danilov (qızıl medal), Oqtay Hüseynov (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal);
“Qarışıq” üsulu ilə 400 metr – Yeqor Maynitski (qızıl medal), Fərhad Şirməmmədli (gümüş medal), Timur Nikiforov (bürünc medal);
Sərbəst üsulla 800 metr – Matvey Danilov (qızıl medal), Fərhad Şirməmmədli (gümüş medal), Amin Oruclu (bürünc medal);
“Qarışıq” üsulu ilə 4 x 100 metr estafet – Oqtay Hüseynov, Yeqor Maynitski, Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov (qızıl medal), Gela Alavidze, Daçi Mesxişvili, Kaxi Manqoşvili, Andria Şevarnadzü (gümüş medal), Timur Nikiforov, Tofiq Əhmədzadə, Amin Oruclu, Firdovsi Abbasov (bürünc medal).
Qadınlar
“Arxası üstə” üsulu ilə 50 metr – Anna İvanova (qızıl medal), Anna Şiukayeva (gümüş medal), Aişə Səmədova (bürünc medal);
Sərbəst üsulla 50 metr – Palina Belyavskaya (qızıl medal), Valeryia Şilko (gümüş medal), Məryəm Cavadova (bürünc medal);
“Brass” üsulu ilə 100 metr – Alisa Belaya (qızıl medal), Valeryia Şilko (gümüş medal), Anastasiya Boborıkina (bürünc medal);
“Butterfly” üsulu ilə 100 metr – Elene Trapaidze (qızıl medal), Nino Ruxadze (gümüş medal), Anastasiya Qnusina (bürünc medal);
“Arxası üstə” üsulu ilə 200 metr – Anna İvanova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Zəhra Axundzadə (bürünc medal);
Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Anastasiya Qnusina (gümüş medal), Sali Şerbayeva (bürünc medal);
Qarışıq 4x100 estafet qarışıq üsul – Anna İvanova, Ani Beruaşvili, Nino Ruxadze, Liza Kalinina (qızıl medal), Vlastilina Xasyanova, Anastasiya Boborıkina, Fatimə Alkərəmova, Məryəm Cavadova (gümüş medal), Aişə Səmədova, Anastasiya Qnusina, Safiya Səmədova, Aleksandra Slepenko (bürünc medal).
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən turnirdə minimum 150 WA reytinq xalına malik olan 150-yə yaxın idmançı iştirak edib. Üzgüçülər arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də olub.
Artıq ikinci dəfə keçirilən “Ganja Cup”da ilk dəfə olaraq əcnəbi üzgüçülər də mübarizə aparıb: yarışa Belarus və Gürcüstan komandaları qoşulub.