® “Gardashlar Mebel”in COP29 Mərkəzinin mebel layihəsində qürurlu rolu AZƏRTAC | Icma.az
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. “Gardashlar Mebel” COP29 Mərkəzinin mebel layihəsini uğurla başa vurduğunu elan etdi.
Layihənin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın bütün istehsalat sektoru üçün əlamətdar hadisəyə çevirdi.
Şirkət rəhbəri Əli Mirzəyev qeyd edir ki, COP29 Mərkəzində göstərdiyimiz bu uğurdan əvvəl, biz artıq COP29 İnformasiya Mərkəzinin bütün mebellərini müvəffəqiyyətlə təhvil vermişdik.
Bu iki layihə, yalnız mebel istehsalında deyil, həm də davamlılıq prinsiplərinə sadiqliyimizdəki ciddiyəti və müştərilərə yüksək səviyyəli xidmət göstərmə öhdəliyimizi bir daha təsdiqləyir.
Əli Mirzəyev vurğulayır ki, COP29 Mərkəzində təqdim olunan hər bir mebel parçası müasir dizayn prinsiplərinə uyğun olaraq işlənib və ekoloji davamlılıq standartlarına tam riayət olunaraq hazırlanıb.
“Bu mebellər yalnız rahatlıq və funksionallıq təmin etmir, həm də qlobal ətraf mühitə hörmət və diqqəti əks etdirir,” deyə əlavə edir: “Biz, qonaqlara gözəl və funksional bir məkan təqdim edərək, COP29-un yaşıl dünya ideyasına töhfə verməyə çalışdıq.
Qlobal statuslu bir layihədə Azərbaycan istehsalçısı olaraq iştirak etmək bizim üçün əzəmətli bir təcrübə oldu.
Komandamız hər bir mebel parçasının yüksək standartlara uyğun olması üçün ən kiçik detallara belə diqqət yetirərək yorulmadan çalışdı.
Tam oxu
Xəbəri oxu