GDU nun tabeliyinə verilən 4 elmi müəssisənin kollektivi ilə görüş keçirilib

30.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 30 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) ali təhsil ocağının tabeliyinə verilmiş 4 elmi müəssisənin kollektivi ilə görüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə prorektor, deputat Pərvin Kərimzadə Prezident İlham Əliyevin Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının Gəncə Dövlət Universitetinin tabeliyinə verildiyini xatırladıb. Bildirib ki, son illər dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Prezidentin Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının GDU-nun tabeliyinə verilməsi elmi əlaqələri daha da gücləndirəcək və Azərbaycan elminin inkişafına önəmli töhfələr verəcək.

Görüşdə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutunun və Nəbatat Bağının direktorları elm müəssisəsinin fəaliyyət istiqamətləri, apardıqları təcrübə və tədqiqatlar, təşkil etdikləri elmi konfranslar haqqında ətraflı məlumat veriblər.

Gəncə Dövlət Universitetinin hüquq məsləhətçisi Günay Şirinova iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.

Daha sonra regionlarda elmin inkişafı, gənc alimlərin hazırlanması, magistr və doktorantların institutlarda birbaşa tədqiqat aparması üçün daha əlverişli mühit formalaşdırılması, eləcə də elm–təhsil inteqrasiyasının güclənməsindən bəhs olunub və onları narahat edən məsələlər haqqında ətraflı müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью