GDY: Gürcüstan və Azərbaycan arasında qatar reyslərinin bərpa müddəti müəyyən edilməyib

11.04.2025

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası təxirə salınır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları" (GDY) məlumat yayıb.

Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası istiqamətində işlər davam edir, lakin reyslərin bərpasının dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью