“Gec gəldilər, texnika da işləmədi deyə şadlıq evi bu vəziyyətə düşdü” Video | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evlərindən birinin zirzəmisini və parklanma zonasını su basıb.
“Qafqazinfo”nun məlumatına görə, “Xəzər TV”nin hazırladığı sujetdə bildirilib ki, restoranın zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.
Şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən olub.
Bununla bağlı dərhal aidiyyəti quruma müraciət ediblər: “Məlum oldu ki, subasmaya səbəb istilik borusunun partlaması nəticəsində olub.
Aidiyyəti qurum gec reaksiya verdi, ilkin olaraq özümüz generatorları qoşduq.
Gəldikləri zaman isə texnikalarından biri yararsız olduğu üçün, geri qayıtdılar.
İstəyirik ki, bu problem tezliklə aradan qalxsın ki, başqa fəsadlar yaranmasın”.
Tam oxu
Xəbəri oxu