Gec olmamış bu ölkəni tərk edin! Vaşinqtondan çağırış

01.02.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Konqresi turistlərə Kubadan çıxmağı tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublikaçı ABŞ konqresmeni Karlos Gimenez X sosial media səhifəsində yazıb.

“Adadakı bütün turistlər çox gec olmamışdan əvvəl oranı tərk etməlidirlər”, – deyə o bildirib.

Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidenti Donald Tramp Kubadan gəldiyi iddia edilən milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib. Növbəti gün Kuba hakimiyyəti də Vaşinqtondan gələn “fövqəladə təhlükə”ni əsas gətirərək oxşar addımı atıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью