Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31.01.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gec yatan insanlarda ürək tutması və insult riski daha yüksək ola bilər.
Demokrat.az xəbər verir ki, yeni dərc edilən araşdırma göstərir ki, gec saatlara qədər oyaq qalan insanlar ürək-damar xəstəlikləri baxımından daha çox risk daşıyır. Tədqiqata görə bu şəxslərdə ürək tutması və ya insult keçirmə ehtimalı erkən duranlarla müqayisədə 16 faiz daha yüksəkdir.
Araşdırma ABŞ-də "Brigham and Women’s Hospital" və Harvard Tibb Məktəbinin alimləri tərəfindən aparılıb. Tədqiqatın baş müəllifi Sina Kianersi bildirib ki, gec yatan insanlar tez-tez dövri uyğunsuzluq yaşayır. Bu, bədənin bioloji saatının təbii gün-gecə ritmi ilə uyğun gəlməməsi deməkdir.
Alimlər qeyd edir ki, gecə aktiv olan şəxslər ürək sağlamlığına zərər verən davranışlara daha meylli olur. Bu davranışlara qeyri-sağlam qidalanma, siqaret çəkmə və kifayət qədər yatmamaq daxildir.
"Journal of the American Heart Association" jurnalında dərc olunan araşdırmada orta yaşı 57 olan 300 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçıların təxminən 8 faizi özünü qəti şəkildə gecə oyaq qalmağı xoşlayan kimi xarakterizə edib.Ürək-damar sağlamlığı çəki, xolesterin, qan şəkəri və təzyiq göstəriciləri ilə yanaşı, sağlam qidalanma, fiziki aktivlik, siqaret çəkməmək və keyfiyyətli yuxu kimi meyarlarla qiymətləndirilib.Nəticələr göstərib ki, gecə oyaq qalan şəxslərdə zəif ürək-damar sağlamlığına rast gəlinmə ehtimalı 79 faiz daha yüksəkdir. Araşdırma bu əlaqənin qadınlarda daha güclü olduğunu da ortaya qoyub.
Ekspertlər bildirir ki, nəticələr sağlam həyat tərzinin vacibliyini göstərir. "Northwestern" Universitetinin professoru Kristen Knutson qeyd edib ki, gecə oyaq qalanlarda yüksək risk qismən dəyişdirilə bilən vərdişlərlə bağlıdır. Bunlara siqaret və zəif yuxu daxildir. Onun sözlərinə görə üçün xüsusi proqramlar həyat tərzini yaxşılaşdırmağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью