Gec yeməyin fəsadları: Həkim danışdı

31.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Gecə saatlarında ağır yeməklərin fəsadı çox olur. Axşamlar çox yemək vərdişi orqanizmə ciddi ziyan vurur.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə endokrinoloq Zöhrə Pavlova elmi araşdırmalara istinad edərək xəbərdarlıq edib.

Onun sözlərinə görə, gec yemək mədə xərçənginin inkişaf riskini və insult ehtimalını artırır.

Bundan əlavə, “Nature” jurnalında dərc olunan yeni bir araşdırma göstərib ki, gec saatlarda ağır yeməklərlə 2-ci tip diabet arasında əlaqə var.

Eksperiment zamanı ekspertlər belə qənaətə gəliblər ki, saat 17:00-dan sonra artan enerji istehlakı piylənmə və prediabet və ya 2-ci tip diabetli yetkinlərdə qlükoza tolerantlığının pisləşməsi ilə əlaqələndirilir. Həkim əlavə edib ki, şəkərli diabeti olan bütün tədqiqat iştirakçıları axşam yeməyi sevənlər qrupuna aiddir.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью